525.Az

"Kəhkəşan"


 

"Kəhkəşan"<b style="color:red"></b>

Bir rəsmin dedikləri rubrikasının budəfəki qonağı sənətşünas Elariz Nəhmədlidir. Onunla Xalq rəssamı Eldar Mikayılzadənin "Kəhkəşan" xalçası haqqında danışmışıq.

ssam Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan kəndində anadan olub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq məktəbinin Rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirən rəssam həmin dövrdən etibarən yaradıcılığı ilə seçilib. O, ilk sənət əsərini 1977-ci ildə doğma kəndinə həsr edib və bu əsəri "Yeni Xilə" adlandırıb. Rəssam əvvəlcə Azərbaycan Elmlər Akademiyasında Xalçaçılıq şöbəsində, daha sonra "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi çalışıb.

1986-cı ildən SSRİ Rəssamlar İttifaqının,  2004-cü ildə Rusiya Rəssamlar İttifaqının və YUNESKO yanında Rəssamlar Birliyinin üzvüdür. Əsərləri Böyük Britaniya, Rusiya, Fransa, Türkiyə, Küveyt və Səudiyyə Ərəbistanı ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.

 

 

 

- Elariz bəy, əsərin yaranması haqqında nə bilirik?

- Xalçaçı rəssam Eldar Mikayılzadə Ümummilli lider, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ithafən 2012-ci ildə "Kəhkəşan" xalçasını hazırlayıb. Daha doğrusu, xalçaçı rəssam bu xalçanın eskizlərini çəkib. Məşhur rəssam Eldar Mikayılzadə qeyd edir ki, Ulu öndər Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqət göstərib, incəsənət xadimlərinin yaradıcılığına böyük dəstək verib. Rəssam  bildirib ki, Ulu öndər Heydər Əliyev ilə ilk dəfə 1983-cü ildə Xalça sənəti üzrə l Beynəlxalq Simpoziumda görüşüb və yaradıcılığında Ümummilli liderimizin obrazına dəfələrlə müraciət edib. Ümummilli liderin onun təhsil almasında böyük rol oynayıb. Həmin dövrdə Ulu öndər bir qrup tələbəni Leninqradda təhsil almağa göndərir. Eldar Mikayılzadə də bu tələbələr siyahısında idi və rəssam qeyd edir ki, onun böyük qayğısını daim öz üzərində hiss edib və bu xidmətləri heç vaxt unutmayacaq. Rəssam təkcə xalçaçı rəssam kimi deyil, o, həm də rəngkarlıq əsərləri yaradıb. Onun rəngkarlıq əsərlərinə nümunə kimi "Yeni Xilə", "Şəbi-hicran", "İthaf", "Bismillah", "Xəmsə", "İslam", "Üç din", "Peyğəmbər", "Xilaskar ", "Səttar" , "Səttar arzusu", "Səttarın dünyası" əsərlərinin adını çəkə bilərik.

- Xalçanın ölçüləri necədir?

- Uzunluğu 2.14 metr, eni isə 2 metr olan xalça 1 il 40 gün ərzində yun və ipək saplardan toxunub. Xalçanın toxunuşunda qızıl və qiymətli daşlardan da istifadə edilib. Xalçanın üzərindəki daşlar dörd rəngdədir.

- Bildiyim qədərilə əsərdə qızıldan da istifadə olunub.

- Bəli, əsərdə 1100 qram qızıldan istifadə olunub. Kompozisiyanın əsas mahiyyəti bürclər və onlarla əlaqəli elementlər, Şumer və Babil zamanında 39 bürünc və hazırda bütün dünyada tətbiq edilən 12 bürünc təsvir olunub. Xalçaçı rəssam qeyri-adi xalçanı yaratmaq ideyasını belə izah edir ki, tarixdə bu cür xalça ilk dəfə Sasani dövlətində təqribən Vll əsrin birinci yarısında toxunub və hökmdar Xosrov Pərvizin sarayını bəzəyib. Xəlifə Ömərin sərkərdələri qoşunla İrana daxil olduqları zaman onların arasında bu qənimət üstündə ixtilaf düşüb və nəticədə 35-ə yaxın sərkərdə vəziyyətdən yeganə çıxış yolu kimi misli-bərabəri olmayan sənət əsərini kəsib öz aralarında bölüşmək qərarına gəliblər.

- Xalça harda saxlanılır?

- Xalça hazırda Azərbaycan Xalça Muzeyində saxlanılır.

- Sizcə, bu əsər bizə nə deyir?

- Peşəkar fırça ustasının təkcə öz dünyasını deyil, tanınmış şəxsiyyətləri də öz rəngkarlıq əsərlərində təsvir etməsi onun yaradıcılığının hərtərəfli inkişafından xəbər verir. Bu əsər müstəqil bir dövlətin qurucusu olan Ulu öndərin xatirəsinin əbədiləşdirilməsini özündə ehtiva edir.

Aytac SAHƏD

 





07.12.2022    çap et  çap et