525.Az

DÇ-2022-də fasilə yarandı


 

DÇ-2022-də fasilə yarandı<b style="color:red"></b>

DÇ-2022-nin bu gecə başa çatan 1/8 final oyunlarından sonra yarışda 2 günlük fasilə yaranıb.

525.az Qol.az-a istinadən xəbər verir ki, mundial bir də dekabrın 9-da 1/4 final oyunları ilə bərpa olunacaq. Həmin günü Xorvatiya - Braziliya və Niderland - Argentina matçları keçiriləcək.

Dekabrın 10-da isə bu mərhələyə Mərakeş - Portuqaliya və İngiltərə - Fransa matçları ilə yekun vurulacaq.

Yarımfinal görüşləri dekabrın 13 və 14-də, 3-cü yer uğrunda matç dekabrın 17-də, final oyunu isə dekabrın 18-də keçiriləcək.

 





07.12.2022    çap et  çap et