https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Avstriya Azərbaycanlıları Cəmiyyətinin (AAC) rəhbəri Fərid Əzizov Macarıstanın paytaxtı Budapeştdə karatenin kempo növü üzrə keçirilən 26-cı dünya çempionatında qızıl medal qazanıb.

AAC-dən 525.az-a verilən məlumata görə, Birləşmiş Dünya İdman Kempo Federasiyasının (UWSKF) təşkil etdiyi yarışda bütün rəqiblərini üstələyən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

UWSKF-nın prezidenti Kyoşi Valer Pap Əzizova karatenin kempo növünə xüsusi xidmətlərinə və 30 illik peşəkar karyerasında göstərdiyi nailiyyətlərə görə 4-cü Dan qara-kəmər təqdim edim. O, beynəlxalq federasiyada 4-cü Dan qara kəmər sahibi olan yeganə azərbaycanlıdır.

Medal və kəmərin təqdimolunma mərasimində danışan Əzizov təşkilatçılara Diasporla İş üzrə Dövlət Komitəsinin adından Azərbaycan mədəniyyətini əks etdirən suvenirlər hədiyyə edib. O, qələbəni Vətən uğrunda canından keçmiş şəhidlərə həsr etdiyini söyləyib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.