525.Az

Sülhməramlılar jurnalistlərimizi Xocalıya buraxmadılar


 

RUSIYA SÜLHMƏRAMLI KONTİNGENTİNİN RƏHBƏRLİYİ AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ APARDIQLARI DANIŞIQLARI MEDİAMIZIN İŞIQLANDIRMASINA İMKAN VERMƏYİB

Sülhməramlılar jurnalistlərimizi Xocalıya buraxmadılar<b style="color:red"></b>

Rusiya sülhməramlıları Azərbaycan mediasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Xocalıda Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə danışıqları işıqlandırmasına imkan verməyib.

APA-nın Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, sülhməramlıların komandanı, general-mayor Andrey Volkov mətbuatın müzakirələri işıqlandırmasının qarşısını alıb. Komandanlarından müvafiq əmr alan sülhməramlı hərbçilər Azərbaycan jurnalistlərinin monitorinq qrupu ilə birlikdə Şuşadan Xocalıya yola düşməsinə imkan verməyiblər.

APA-nın əməkdaşlarının da aralarında olduğu media nümayəndələri sülhməramlıların postunu piyada keçərək Xankəndi istiqamətində bir qədər irəliləməyə nail olsalar da, Rusiya hərbçiləri əlavə qüvvə cəlb edərək, jurnalistlərin qarşısını kəsib, geri qaytarıblar. Onlar bu hərəkətlərini heç bir formada əsaslandırmayıblar.
Sülhməramlılarla Şuşadan Xocalıya yola düşən İctimai TV-nin əməkdaşı arasında da mübahisə düşüb. İTV-nin Xəbərlər Departamentinin direktoru Fikrət Doluxanovun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov Azərbaycan mediasına Azərbaycan ərazilərinə keçməyə maneə törədib. O, daha sonra xidmətdə olan sülhməramlıların onların keçidinə mane olduqlarını bildirib.
Xatırladaq ki, sülhməramlıların iştirakı ilə analoji hadisə bir neçə gün öncə də yaşanmışdı.
 
 
 

 





07.12.2022    çap et  çap et