525.Az

Kolleclərdə təhsil alanlardan 20 min 895-i təqaüd alır


 

Kolleclərdə təhsil alanlardan 20 min 895-i təqaüd alır<b style="color:red"></b>

Ölkənin dövlət orta ixtisas təhsili müəssisələrində (kolleclər) təhsil alanlardan 20 min 895-i təqaüd alır.

525.az -ın xəbərinə görə, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2022” adlı məcmuəsində dərc edilib. Nəşrin tədris ilinin əvvəlinə olan məlumatına görə, dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 63 min 60 tələbə təhsil alır. Onlardan 38 min 840-ı qadınlardır. Ötən tədris ilində kolleclərdə çalışan müəllimlərin sayı 6 min 45 nəfər təşkil edib ki, bunun da 4 min 889-u qadınlar olub. Ümumilikdə kolleclərdə 15 elmlər doktoru, 84 fəlsəfə doktoru, 9 professor və 33 dosent dərs deyir.

Sevinc Qarayeva 

 





07.12.2022    çap et  çap et