|
|
|
|
Yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilir.
Elm və Təhsil Nazirliyindən 525.az-a verilən xəbərə görə, bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndirilir.
Müsahibə mərhələsi dekabrın 20-dək davam edəcək.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibədə 700-ə yaxın, şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsahibədə isə 600-ə yaxın namizəd iştirak hüququ qazanıb.
Sevinc Qarayeva