525.Az

Təhsil müəssisələrinə rəhbər vəzifələrə işə qəbul üzrə müsahibələr keçirilir


 

Təhsil müəssisələrinə rəhbər vəzifələrə işə qəbul üzrə müsahibələr keçirilir<b style="color:red"></b>


Yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə direktor, direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilir.

Elm və Təhsil Nazirliyindən 525.az-a verilən xəbərə görə, bu mərhələdə namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri qiymətləndirilir.

Müsahibə mərhələsi dekabrın 20-dək davam edəcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsahibədə 700-ə yaxın, şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsahibədə isə 600-ə yaxın namizəd iştirak hüququ qazanıb.

Sevinc Qarayeva 

 





07.12.2022    çap et  çap et