525.Az

Peşəkar mühasib sertifikatı almaq istəyənlər mtahan verəcəklər


 

Peşəkar mühasib sertifikatı almaq istəyənlər mtahan verəcəklər<b style="color:red"></b>


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 11-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrə) keçiriləcək.

İmtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 491 nəfər müraciət edib.

DİM-in mətbuat xidmətindən 525.az-a verilən məlumata görə,  imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.

Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə müvafiq sənədləri gətirməlidir. 

İmtahanın davametmə müddəti 3 saatdır. Namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunacaq.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 44 nəzarətçi müəllim, 4 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Sevinc Qarayeva 

 





07.12.2022    çap et  çap et