525.Az

Memarlıq və İnşaat Universiteti DOST Agentliyi ilə əməkdaşlıq edəcək


 

 Memarlıq və İnşaat Universiteti DOST Agentliyi ilə əməkdaşlıq edəcək<b style="color:red"></b>

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

AzMİU-nun mətbuat xidmətindən 525.az-a bildirilib ki, sənədə əsasən, tərəflər arasında praktiki əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, bu xüsusda birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması, innovativ təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, universitetin elmi potensialından istifadə etməklə sosial təminat və dövlət xidmətləri üzrə araşdırmaların aparılmasına dəstək, statistika və təhlillərin aparılması sahəsində əməkdaşlığın qurulması, müvafiq sahədə maarifləndirilmə, tələbələr arasında könüllülük fəaliyyətinin təşviq edilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi memorandumda qeyd olunub.

Qeyd edək ki, memorandumun imzalanması məqsədilə DOST Agentliyinin nümayəndə heyəti AzMİU-da olub. Qonaqlarla görüşdə memorandumda əks olunan əməkdaşlıq istiqamətləri, fəaliyyət sahələri, eləcə də perspektiv imkanlar haqqında geniş fikir mübadiləsi aparılıb.

Sevinc Qarayeva 

 

 





07.12.2022    çap et  çap et