525.Az

Qəbul imtahanında istifadə edilmiş tapşırıqlar təhlil edilib


 

Qəbul imtahanında istifadə edilmiş tapşırıqlar təhlil edilib<b style="color:red"></b>


Dövlət İmtahan Mərkəzində (DİM) dekabrın 6-da kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

DİM-in mətbuat xidmətindən 525.az-a bildirilib ki, iclasda gündəlik məsələ 2022-сi ildə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

Müzakirə zamanı 8 tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından təhlili aparılıb. Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirilib və təkliflər verilib.

Növbəti həftə müzakirə davam etdiriləcək.

Sevinc Qarayeva 

 





07.12.2022    çap et  çap et