525.Az

Belçikada COVID-19-a yoluxanların sayı yenidən 1000-i keçib


 

Belçikada COVID-19-a yoluxanların sayı yenidən 1000-i keçib<b style="color:red"></b>

Belçikada 2021-ci ilin iyul ayından bəri ilk dəfə keçən ay 1000-dən aşağı düşən COVID-19-a yoluxanların gündəlik sayı yenidən bu rəqəmi keçib.

525.az xəbər verir ki, Belçika Milli Sağlamlıq İnstitutunun məlumatına görə, yeni yoluxma hallarının sayı əvvəlki həftə ilə müqayisədə 23 faiz artaraq 1152-yə çatıb. Bu rəqəm üç həftə əvvəlki məlumatlarla müqayisədə ikiqat artıma uyğundur. Xəstəxanaya yerləşdirilən xəstələrin sayı 22 faiz artaraq 76-ya çatıb.

Bununla belə, COVID-19 səbəbindən həyatını itirənlərin sayı 23 faiz azalaraq 4-ə düşüb. Belçika Avropada COVID-19 epidemiyasının ən şiddətli yayıldığı ölkələrdən biridir. 11,5 milyon əhalisi olan ölkədə, 33 min 86 nəfər COVID-19-dan dünyasını dəyişib. 

Qeyd edək ki, ölkədə dominant koronavirus variantı "Omicron BA.5" olmuşdu. Gündəlik COVID-19 hadisələrinin sayı isə 2021-ci ilin iyulundan bəri ilk dəfə noyabrın 4-də 1000-dən aşağı düşmüşdü.

Məhəmməd Tağıyev

 





07.12.2022    çap et  çap et