525.Az

Fransada enerji sektoru birlikləri tətil çağırışı edib


 

Fransada enerji sektoru birlikləri tətil çağırışı edib<b style="color:red"></b>

Fransada Elektrik Ötürücü Şəbəkə (RTE) işçilərini təmsil edən birlik, işçilərin maaş artımı tələblərinin yerinə yetirilmədiyini əsas gətirərək tətil çağırışı edib.

525.az xəbər verir ki, Fransız mətbuatında yer alan xəbərə görə, RTE rəhbərliyi və birlik, sektor işçilərinin maaşlarının artırılması tələbi ilə bağlı razılığa gələ bilməyib. Ümumi İşçilər birliyinin (CGT) tərkibindəki birliklər, RTE işçilərinin maaş artımı tələblərini qarşılamaq üçün bir günlük tətil keçirəcəklərini açıqlayıb. Birliklər, RTE-dən builki inflyasiya və mükafatları nəzərə alaraq bütün işçilərin maaşlarını təxminən 7 faiz artırmağı tələb edirlər.

Qeyd edək ki, noyabrın 22-dən bəri razılığa gələ bilməyən birlik nümayəndələri və RTE rəsmiləri sabah sonuncu dəfə görüşəcəklər.

Məhəmməd Tağıyev

 





07.12.2022    çap et  çap et