525.Az

"Azərbaycanda gəlirlərin deklarasiyası ilə yeni qanunun qəbuluna ehtiyac var"


 

"Azərbaycanda gəlirlərin deklarasiyası ilə yeni qanunun qəbuluna ehtiyac var"<b style="color:red"></b>

"Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi” müzakirə olunub. 1989-cu ildə Parisdə FATF (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) təsis edilən zaman çirkli pulların qlobal dövriyyəsi 50 milyard dollar qiymətləndirilirdisə indi bu rəqəm 1 trilyon dollaradək yüksəlib. Bu isə ondan xəbər verir ki, FATF vasitəsi ilə son illər qlobal qaydalar müəyyənləşdirilsə də belə çirkli pulların dövriyyəsində artım müşahidə olunub".

Bunu 525.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili bildirilb ki, qanun layihəsi ilə bağlı aktivlərin səhvən dondurulması zamanı kompensasiyanın ödənilməsi və eləcə də ölkədaxili siyahılar tərtib edilərkən meyarların müəyyənləşdirilməsini təklif edib:

"Eyni zamanda vəzifəli şəxslərin gəlir deklarasiyası təqdim etmələrinin vacibliyi toxunaraq bu sahədə yeni qanunun qəbuluna ehtiyac olduğunu bildirdim. Azərbaycanda 17 il öncə gəlirlərin deklarasiyana dair qanun qəbul olunsa da amma reallıqda tətbiq olunmur. Bu baxımdan, Azərbaycanda gəlirlərin deklarasiyası ilə yeni qanunun qəbuluna ehtiyac var. Bütövlükdə şəffaflığın artırılması üçün xüsusilə vəzifəli şəxslərin gəlirlərinin deklarasiyası haqqında yeni qanun layihəsinin hazırlanması lazımdır".

Sevinc Qarayeva 

 





07.12.2022    çap et  çap et