525.Az

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeyini atəşə tutub


 

Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeyini atəşə tutub<b style="color:red"></b>

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 

 





07.12.2022    çap et  çap et