525.Az

Latviya Rusiya telekanalının lisenziyasını ləğv edib


 

Latviya Rusiya telekanalının lisenziyasını ləğv edib<b style="color:red"></b>

Latviyada fəaliyyət göstərən Rusiyanın müstəqil televiziya kanalı "TV Rain"in yayım lisenziyası ləğv edilib.

525.az xəbər verir ki, Latviya Milli Radio və Televiziya Şurasının sədri İvars Abolins "Twitter" hesabından verdiyi açıqlamada, sözügedən kanalın səlahiyyətinin milli təhlükəsizlik və ictimai asayişə təhdidlər səbəbindən ləğv edildiyini bildirib. Abolins: "Latviya qanunlarına hamı tabe olmalı və ona hörmət etməlidir", -  deyib. "TV Rain"in yayımlarının dekabrın 8-də bitəcəyini vurğulayan Abolins daha əvvəl heç bir pozuntu olmadığına əmin olduqlarını bildirib.

Qeyd edək ki, "TV Rain" telekanalı, əvvəlki yayımda Krımın xəritəsini Rusiya ərazisi kimi göstərdiyinə görə cərimələnmişdi.

Məhəmməd Tağıyev

 





07.12.2022    çap et  çap et