İspaniyanın Barselona şəhəri yaxınlığında qatarlar toqquşub.
525.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, qatarlarda olan sərnişinlər təxliyə edilib. Qəza nəticəsində 155 nəfərin yaralandığı, onlardan 3-nün xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
Ölkədə dövlətə məxsus dəmir yolu xidmətlərini idarə edən “Renfe” şirkətindən verilən açıqlamada qəzaya görə bəzi dəmiryolu xətlərində xidmətlərin qısa müddətə kəsildiyi bildirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Sevil Seymur