Türkiyə Respublikasının Gəncədəki Baş konsulu, şəhərin və ətraf bölgənin ictimai həyatında daim fəal iştirakı ilə seçilən, siyasi elmlər doktoru Zeki Öztürk Gəncə Dövlət Universitetində maraqlı görüş keçirib.
Tədbir “Zeki Öztürk ilə liderlik və diplomatiya konfransı” adı altında keçirilib. Universitetin müəllim-tələbə heyəti, eləcə də şəhid və qazi ailələrinin üzvlərinin iştirak etdiyi görüşdə Zeki Öztürk öz çoxilliktəcrübəsinin əhəmiyyətli müşahidələrini bölüşüb, gənclərə liderlik bacarığı, bilgilər əldə etmək, cəmiyyət üçün faydalı olmaq mövzularında danışıb.
Zakir MURADOV