525.Az

Gəncənin teatrları festivallara hazırlaşır


 

Gəncənin teatrları festivallara hazırlaşır<b style="color:red"></b>

Gəncədə fəaliyyət göstərən iki dövlət teatrında qarşıdakı festivallara qızğın hazırlıq gedir.

Gəncə Dövlət Dram Teatrı Türkiyənin Adana və Trabzon şəhərlərində keçiriləcək Beynəlxalq Teatrlar festivalına dəvətlidir. Gələn ilin əvvəlində keçirilməsi nəzərdə tutulan festivalda kollektiv rumın yazıçısı Ejon İoneskonun “Kral ölür” tamaşası ilə iştirak edəcək. Absurd janrda olan səhnə əsərinin quruluşçu rejissoru Tural Mustafayev,  rəssamı Mustafa Mustafayevdir. Tamaşada Əməkdar artistlər Elxan Yunis, Sevda Orucova, İlham Hüseyinov  və digər aktyorlar yer alıblar.

Bundan başqa Dram Teatrı dekabırın ortalarında Bakıda keçiriləcək Azərbaycan Teatrlar Xadimləri İttifaqının 125 illiyi ilə bağlı  festivalda Hüseyn Cavidin birpərdəli “Ana” dramını göstərəcək.

Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi isə Bakıdakı festivalda Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri ilə çıxış edəcək. Fərmail Paşayevin quruluşunda olan tamaşanın musiqi tərtibatçısı Şamil Məmmədli, rəssamı isə Məhəmməd Hacıyevdir.

Zakir MURADOV

 

 





07.12.2022    çap et  çap et