525.Az

Milli parkın ərazisində ağaclar ziyanvericilərdən təmizlənib.


 

Milli parkın ərazisində ağaclar ziyanvericilərdən təmizlənib.<b style="color:red"></b>

Milli parkın ərazisində ağaclar ziyanvericilərdən təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə,  Samur-Yalama Milli Parkının ərazisindəki ağaclara düşmüş zərərvericilərə qarşı tədbirlərin görülməsi məqsədilə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət qrup tərəfindən ərazidə monitorinq aparılıb.

Xidmət rəisi Firuddin Əliyev qeyd edib  ki, monitoriq zamanı ərazidəki palıd, vələs ağaclarında “tək ipəksarıyan” (Lymantria dispar) zərərvericisinin yayıldığı müəyyən edilib.

Üç hektar ərazidəki ağaclar zərərvericilərdən təmizlənib və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Sevinc Qarayeva 

 

 





07.12.2022    çap et  çap et