525.Az

Macarıstanda təqaüd proqramına sənəd qəbulu aparılır


 

Macarıstanda təqaüd proqramına sənəd qəbulu aparılır  <b style="color:red"></b>

Macarıstan 2023-2024-cü tədris ili üçün təqaüd proqramına müraciətlərin qəbulu davam edir. 

525.az-ın məlumatına əsasən,  təqaüd proqramı Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında imzalanan 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.

Təqaüd proqramına sənəd qəbulu 15 yanvar 2023-cü il saat 23:59-a kimi aparılacaq. 

Qeyd edək ki, tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2023-cü ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

Sevinc Qarayeva 

 





07.12.2022    çap et  çap et