525.Az

Yanacağa yüksək hədd qiyməti tətbiqinə son qoyulub


 

Yanacağa yüksək hədd qiyməti tətbiqinə son qoyulub<b style="color:red"></b>

Macarıstanda hökumət, istehlakçıları bahalaşmadan qorumaq üçün tətbiq edilən yanacağa qoyulan məhdudiyyətə son qoymaq qərarına gəlib.

525.az xəbər verir ki, dövlət naziri Gergeli Qulyas verdiyi açıqlamada, Avropa İttifaqının (Aİ) Rusiya neftinə tətbiq etdiyi embarqo və yüksək hədd qiymət tətbiqinə görə ölkədəki tətbiqə son qoyulduğunu bildirib. Sanksiyalara görə yanacaq tədarükündə müəyyən problemlər yarandığını bildirən Qulyas: "Brüsselin sanksiyaları nəticəsində macar ailələri ölkənin bütün yanacaqdoldurma məntəqələrində 480 macar forinti ilə yanacaqla təmin oluna bilmir", - deyib.

Qeyd edək ki, Macarıstanda 2021-ci il noyabrın 15-də qüvvəyə minən tətbiqə əsasən, yanacaqdoldurma məntəqələrinin Macarıstan dövlət nömrə nişanlı avtomobillərə bir litr benzin və dizelin 480 Macarıstan Forinti qiymətindən baha satması qadağan idi.

Məhəmməd Tağıyev

 





08.12.2022    çap et  çap et