525.Az

ABŞ "qatil robot" planından geri çəkilib


 

ABŞ "qatil robot" planından geri çəkilib<b style="color:red"></b>

San-Fransisko, polisə ölümcül silahlarla təchiz edilmiş robotlardan istifadə etmək icazəsini ləğv edib.

525.az xəbər verir ki, San-Fransisko Polis Departamenti (SFPD) hücum edənlərə qarşı ölümcül robotlardan istifadə etmək üçün icazə istəmişdi. Keçən həftə şəhərin qanunvericiləri və nəzarət şurası tərəfindən qəbul edilən təklif, polisə öldürə bilən robotlardan istifadəyə imkan verəcəkdi. SFPD-nin bütün hərbi tipli avadanlıqlarından necə istifadə etməyi planlaşdırdığını göstərən bir sənəddə departament: "Robotlardan yalnız xalqın və ya məmurların həyat itkisi riskinin qaçılmaz olduğu zaman ölümcül güc seçimi kimi istifadə ediləcəyi", - bildirilib.

Bununla belə, plan vətəndaş azadlıqları qruplarının sərt tənqidi ilə üzləşib. Etirazçılar və bir neçə üzvləri bələdiyyə binasının pilləkənlərinə toplaşaraq, bələdiyyəni qərarından dönməyə çağırıblar.

Qeyd edək ki, orijinal təklif indi ya dəqiqləşdiriləcək, ya da tamamilə ləğv ediləcək.

Məhəmməd Tağıyev

 





08.12.2022    çap et  çap et