525.Az

"Trump Organization" vergi fırıldaqçılığı ilə ittiham olunub


 

"Trump Organization" vergi fırıldaqçılığı ilə ittiham olunub<b style="color:red"></b>

"Trump Organization" şirkətləri Nyu-Yorkda vergidən yayınma işində bütün ittihamlar üzrə təqsirli bilinib.

525.az xəbər verir ki, münsiflər heyəti Tramp ailə şirkətini çoxsaylı cinayət vergi fırıldağında və yüksək vəzifəli şəxslərin təzminatlarına görə vergiləri bəyan etməmək, ödəməməklə vergi orqanlarına fırıldaq gəlmək üçün 15 illik planla əlaqədar, biznes qeydlərini saxtalaşdırmaqda günahkar bilib. Şirkətin uzun müddətdir baş maliyyə direktoru olan Allen Veisselberq, avqust ayında ona olunan ittihamı qəbul etmişdi. O, prokurorlarla razılaşmanın bir hissəsi olaraq şirkət əleyhinə ifadə verməyə razılaşmışdı.

Keçmiş prezident Donald Tramp isə bu işdə ittiham olunmayıb, lakin Manhetten dairəsinin prokuroru Alvin Bragg, Trampın istintaq altında olduğunu bildirib. "Trump Organization"un  vəkili Susan Neçeles Veisselberqin öz tamahını təmin etmək üçün planı həyata keçirən şəxs olduğunu iddia və yalnız onun cəzalandırılması lazım olduğunu müdafiə edib.

Qeyd edək ki, Manhetten prokurorunun köməkçisi Coşua Steinqlass cümə günü münsiflər heyəti ilə danışaraq, keçmiş prezidentin son nəticədə şirkətinin səhv davranışına görə məsuliyyət daşıdığını söyləyib.

Məhəmməd Tağıyev

 





08.12.2022    çap et  çap et