525.Az

Ronaldodan dünya rekordu


 

Ronaldodan dünya rekordu<b style="color:red"></b>

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya rekorduna imza atıb.

525.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb.

37 yaşlı hücumçu buna yığma ilə DÇ-2022-nin 1/8 finalında İsveçrə ilə matçda (6:1) meydana çıxmaqla nail olub. Nəticədə Ronaldo 400-cü beynəlxalq oyununu keçirib. Bu isə dünya rekordudur. İndiyədək heç kim 400 beynəlxalq oyun həddinə çatmayıb.

Ronaldo bu 400 matçın 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib. Forvard Çempionlar Liqasında 187, Avropa Liqasında 8, klublararası dünya çempionatının 8, UEFA Superkubokunda isə 2 görüşdə meydanda olub.

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür. Onun son klubu isə "Mançester Yunayted" olub. Forvard ötən ay İngiltərə təmsilçisindən ayrılıb və hazırda azad agentdir.

 





08.12.2022    çap et  çap et