525.Az

"İran heç zaman Azərbaycana dost olmayıb və görünən odur ki, olmayacaq”


 

"İran heç zaman Azərbaycana dost olmayıb və görünən odur ki, olmayacaq”<b style="color:red"></b>

“Azərbaycanın davamlı xəbərdarlıqlarına baxmayaraq İran rejimi Qarabağ seeparatrçılarını silahlandırmağa, Azərbaycan ərazilərinə diversiya qrupu göndərməyə davam edir. Bu bir daha İranın Azərbaycana düşmən münasibətini göstərir”.

Bunu 525.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. Millət vəkili qeyd edib ki, İranın diversiya qrupu separatçı ermənilərə Azərbaycanlılara qarşı diversiya törətməyi, İran silahlarından istifadə etməyi öyrətmək üçün göndərilib:

“Bu gün hələki Ermənistan Azərbaycanla müharibə edir və İrandan bu dəstəyi Azərbaycana qarşı təxribatlar törətmək üçün alır. 
Əgər elə deyilsə İranın rəsmi qurumları, ən azından Azərbaycandakı səfirliyi bu məsələyə münasibət bildirməlidir. Azərbaycan tərəfi konkret faktlar təqdim edir. İran rejimi Azərbaycan tərəfi günahlandırmaqla vəziyyətdən çıxa bilməz. Azərbaycanın təqdim etdiyi faktlara rəsmi, əsaslandırılmış cavab verməlidir. 
Odur ki, kimsə İranın bizim din qardaşı olduğumuzu, bizi sevdiyini sübut etməyə, İrana qarşı qərəzin olduğunu sübut etməyə çalışmasın. Bütün həqiqətlər göz qarşısındadır. İran heç zaman Azərbaycana dost olmayıb və görünən odur ki, olmayacaq”. 

Sevinc Qarayeva 

 

 





08.12.2022    çap et  çap et