525.Az

Test tapşırıqlarının qəbul proqramına uyğunluğu təsdiqlənib


 

Test tapşırıqlarının qəbul proqramına uyğunluğu  təsdiqlənib<b style="color:red"></b>


Dövlət İmtahan Mərkəzində fizika, ədəbiyyat (rus bölməsi) və rus dili (əsas xarici dil) fənləri üzrə işçi qruplarının iclasları keçirilib

Mərkəzin mətbuat xidmətindən 525.az-a verilən məlumata əsasən, iclaslarda fizika fənnindən 2022-сi ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında, ədəbiyyat (rus bölməsi) fənnindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqları, rus dili (əsas xarici dil) fənnindən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş və açıqlanmış bir variant müzakirə olunub.

İclasların hər birində 10 test tapşırığının müzakirəsi aparılıb. Hər bir tapşırıq imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.

Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib. Test tapşırıqları abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Abituriyentlərin zəif cavablandırdığı test tapşırıqları müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaqdır.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

Növbəti həftə müzakirələr davam etdiriləcək.

Sevinc Qarayeva 

 





08.12.2022    çap et  çap et