Albaniyanın baş naziri Edi Rama Yunanıstanın Avropa Birliyi prosesindən danışıb. Rama Yunanıstanı Avropa İttifaqını aldatmaqda ittiham edib.
525.az xəbər verir ki, Albaniyanın baş naziri Edi Rama Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə görüşündən saatlar əvvəl Yunanıstanla bağlı Euroactiv xəbər saytına danışıb. O, bildirib ki, keçmişdə bəzi ölkələr, məsələn, Yunanıstan Aİ-ni aldadıb: “Qonşu Yunanıstan keçmişdə Aİ-ni aldadıb. Avropadan pul alıb, bir müddət rifah içində yaşasa da, bunun sonu pis bitdi”. – deyə bildirib dedi.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və onun rəhbərlik etdiyi nümayəndə heyəti həmin vaxt Avropa İttifaqı-Qərbi Balkanlar Sammiti üçün Tiranada idi. Mitsotakis son 13 ildə ilk dəfə Tirananı ziyarət edən ilk Yunanıstanın baş naziri oldu, Yunan mediasının iddialarına görə isə, Ramanın müsahibəsi nümayəndə heyətini şoka salıb.
Fərid Sançar