525.Az

"Krım risk altındadır" - Peskov


 

"Krım risk altındadır" -<b style="color:red"> Peskov</b>

Rusiya Xarici İşlər Nazirliyi İsveç və Danimarkanın qorxduqları üçün Rusiyanı “Şimal axını” araşdırmasına daxil etmədiklərini iddia edib. Həmçinin Kremlin sözçüsü Peskov Ukrayna müharibəsi ilə bağlı təəccüblü açıqlamalar verib.

525.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Danimarka və İsveç “Şimal axını” boru kəmərlərinə hücumlarla bağlı apardıqları araşdırmalarda Rusiyanın iştirakına icazə verməyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxorova, "İsveç və Danimarka bizim əməkdaşlıq təklifimizi rədd edir. Çünki bu işə qarışsaq, hadisənin arxasında kimin dayandığını bütün dünya biləcək" - bildirib.

Kremlin son bəyanatında isə Ukraynada davam edən müharibə ilə bağlı diqqətçəkən ifadələr də yer alıb.

Krım yarımadasının Ukraynanın hücumlarına qarşı həssas olduğunu bildirən Kremlin sözçüsü Dmitri Peskov, "Ukrayna terror hücumlarını davam etdirdiyi üçün bölgə risk altındadır” – deyib.

Ukraynanın torpaqlarını ələ keçirməyə çalışdığını vurğulayan Peskov bununla yanaşı, Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələrinin bəzi hissələrinin azad edilməsinin vacibliyini vurğulayıb.

Fərid Sançar

 





08.12.2022    çap et  çap et