525.Az

Almaniyada çevrilişə cəhd edən daha bir nəfər İtaliyada saxlanılıb


 

Almaniyada çevrilişə cəhd edən daha bir nəfər İtaliyada saxlanılıb<b style="color:red"></b>

İtaliya polisi, Almaniyada demokratik nizamı pozmaq məqsədi daşıyan ifrat sağçı terror təşkilatı ilə əlaqəsi olan alman ordusunun xüsusi bölmələrində xidmət edən keçmiş zabiti saxlayıb.

525.az xəbər verir ki, İtaliya polisindən verilən yazılı açıqlamaya görə, 1958-ci il təvəllüdlü Almaniya vətəndaşı, bu gün səhər saatlarında Peruciya şəhərində kompleks istintaq prosesinin sonunda keçirilən əməliyyatla saxlanılıb. Sözügedən şəxsin vaxtı ilə xidmət vəzifəsini yerinə yetirərkən alman ordusunun xüsusi təyinatlı hissələrinin üzvü olduğu və Almaniyada demokratik nizamı dəyişmək istəyən cinayətkar təşkilatın üzvü olmaqda ittiham edildiyi bildirilib.

Qeyd edək ki, İtaliyada keçirilən, Almaniya polisinin "Reyxsbürger" adlı terror şəbəkəsinin məhvinə yönəlmiş əməliyyatı ilə əlaqəli olduğu bildirilir.

Məhəmməd Tağıyev

 





08.12.2022    çap et  çap et