525.Az

Şotlandiyada müəllimlər tətilə başlayıblar


 

Şotlandiyada müəllimlər tətilə başlayıblar<b style="color:red"></b>

Şotlandiyada maaşların artırılması tələbi ilə bağlı fikir ayrılığına görə müəllimlər iki günlük tətilə başlayıblar.

525.az xəbər verir ki, illik inflyasiyanın 11 faizi keçdiyi və 41 ildə pik həddinə çatdığı Britaniyada, Şotlandiya Orta Təhsil Müəllimləri Assosiasiyasının (SSTA) və Milli Rəhbərlər və Qadın Müəllimlər Assosiasiyasının (NASUWT) üzvü olan müəllimlər 5 faizlik maaş artımı təklifindən imtina ediblər. Müəllimlər yaşayış dəyərinin artması və inflyasiya fonunda maaşların ən azı 10 faiz artırılmasını tələb edirlər. Maaş artımı ilə bağlı fikir ayrılığı yarandığından, müəllimlər tətillərini dekabrın 9-dək davam etdirəcəklər, razılıq əldə olunmasa, yanvarın 10-u və 11-də tətil edəcəklər.

Qeyd edək ki, tətil qərarlarına əlavə olaraq, yaşayış xərclərinə və qənaət siyasətinə etiraz edən minlərlə insan ölkə daxilində, xüsusən də Londonda tez-tez nümayişlər təşkil edir.

Məhəmməd Tağıyev

 





08.12.2022    çap et  çap et