525.Az

Fransada elektrik böhranı dərinləşir


 

Fransada elektrik böhranı dərinləşir<b style="color:red"></b>

Fransada elektrik enerjisinin kəsilməsi riskinə görə vətəndaşlar soba və fənərlərə axın edib.

525.az xəbər verir ki, Fransada sobalar, fənərlər, günəş panelli portativ qızdırıcılar, işıqlandırıcılar və düşərgə borularının satışı ötən ilin eyni dövrü ilə müqayisədə son 10 gündə 10 dəfə artıb. Qış aylarında ölkədə elektrik enerjisinin kəsilməsi riskinin artması bu materialların satışında kəskin artıma səbəb olub. Bundan əlavə, vətəndaşların generatorlara tələbatı da artıb. 

Qeyd edək ki, enerji istehsalının böyük ölçüdə atom elektrik stansiyaları tərəfindən təmin edildiyi Fransada, evlərdə istifadə olunan soba və qızdırıcıların əksəriyyəti elektrik enerjisi ilə işləyir.

Məhəmməd Tağıyev

 





08.12.2022    çap et  çap et