525.Az

Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb


 

Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb<b style="color:red"></b>

Azərbaycan parataekvondoçuları Sabir Zeynalov (58 kg, K44) və İmaməddin Xəlilov (70 kg, K44) Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən Qran-Pridə uğurlu çıxış ediblər.

525.az xəbər verir ki, idmançılar bütün rəqiblərinə qalib gələrək, yarışı qızıl medalla başa vurublar.

Qeyd edək ki, Qran-pri Paris-2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

 





09.12.2022    çap et  çap et