525.Az

II Bütöv Azərbaycan Forumu keçiriləcək


 

II Bütöv Azərbaycan Forumu keçiriləcək<b style="color:red"></b>

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə dekabrın 17-də "Astoria Bakı" otelinin konfrans salonunda II Bütöv Azərbaycan Forumu keçiriləcək. Tədbir saat 12:00-da başlayacaq.

525.az xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr. Bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcəkdir. Millətimizin problemlərinin həlli də bu gücdən asılıdlr.

Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digər şəxslər iştirak edəcəklər.
Ünvan: Bakı şəh., Babək pros. 65 "B".

 





09.12.2022    çap et  çap et