525.Az

“Qədim Şuşa” sənədli filmi növbəti dəfə nümayiş olundu - Layihə (Foto)


 

“Qədim Şuşa” sənədli filmi növbəti dəfə nümayiş olundu - <b style="color:red">Layihə (Foto)</b>

 “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə hazırlanan “Qədim Şuşa” sənədli filminin növbəti təqdimat mərasimi keçirildi.

Mərasim bu dəfə Gəncliyə Yardım Fondunda gerçəkləşdi. 

Tədbirdə Dövlət Himni ifa olundu, şəhidlərin xatirəsi sükutla yad edildi.

İctimai Birliyin sədri, müharibə veteranı Şamil Sabiroğlu "Şuşa ili” çərçivəsində çəkilən film haqqında məlumat verərək, ekran işinin ərsəyə gəlməsində göstərdiyi maliyyə dəstəyinə görə,  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və çəkiliş heyətinə minnətdarlığını bildirdi.

Filmin nümayişindən sonra Şuşa Rayon İcra Hakimiyyətinin şöbə müdiri, qazi Elxan Ələkbərov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, Dünya Ahısha Türkləri Birliyinin Azərbaycan üzrə təmsilçisi Gülnarə Salayeva, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin fəalları - Firdus Əhmədov, Ayna Allahyarqızı və Aynurə Rüstəmova, tanınmış ictimai xadim Vidadi Turablı və başqaları tarixi filmə görə  çəkiliş qrupuna minnətdarlıq etdilər.

Çıxışlar zamanı qeyd edildi ki, 2022-ci ildə 270 yaşı tamam olan Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələrinin xalqımıza bir hədiyyəsidir.
Tanınmış aparıcı-müğənni İslam Ələsgərli Vətənə, torpağa və Silahlı qüvvələrə həsr edilən mahnıları ifa etdi.

Mərasim iştirakçıları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə 28 illik işğala 44 gün ərzində son qoyaraq, xalqa əbədi və möhtəşəm qələbə yaşatdığına görə təşəkkür müraciəti ünvanladılar.

Ayna Rüstəmova

 





09.12.2022    çap et  çap et