525.Az

Ali məktəblərin akkreditasiyasında iştirak edəcək ekspertlər təlimlərə cəlb olunublar


 

Ali məktəblərin akkreditasiyasında iştirak edəcək ekspertlər təlimlərə cəlb olunublar<b style="color:red"></b>

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlər üçün təlimlər keçirilir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən 525.az-a verilən məlumata görə, təlimlərə agentlik tərəfindən yaradılmış “Ekspert bankı”na müraciət etmiş və müəyyən olunmuş minimal tələblərə cavab verən namizədlər cəlb olunurlar.

Təlimlərdə ekspertlərə Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə təlimat və standartlara, ali təhsil müəssisəsinin daxili keyfiyyət təminatı sisteminin səmərəliliyinin qiymətləndirilməsi zamanı diqqət olunacaq məqamlara, təhsil müəssisələrinin akkreditasiyası qaydalarına və ali təhsil müəssisəsinin institusional qiymətləndirilməsi meyarlarına dair geniş məlumat verilir.

Ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi proseslərində ekspert qismində iştirak etmək istəyən namizədlər keçid vasitəsilə müraciət edə bilərlər.

Sevinc Qarayeva 

 





09.12.2022    çap et  çap et