525.Az

Azərbaycan Dillər Universitetində Çin dili üzrə ixtisas imtahanları keçirilib


 

Azərbaycan Dillər Universitetində Çin dili üzrə ixtisas imtahanları keçirilib<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili üzrə növbəti “Hanyu Shuiping Kaoshi” (HSK) və “Hanyu Shuiping Kouyu Kaoshi” (HSKK) imtahanları keçirilib.

 ADU-nun mətbuat xidmətindən 525.az-a bildirilib ki, imtahanlarda ADU-nun və digər ali təhsil ocaqlarının tələbələri, həmçinin Konfutsi İnstitutunun dinləyiciləri iştirak ediblər. İmtahanqabağı məsləhətləşmələr zamanı Konfutsi İnstitutunun müəllimləri iştirakçıları Çin dili imtahanlarının məzmunu, dinləmə, oxu texnikası, qrammatik strukturlar, sözlərin və heroqliflərin əsas yazılış qaydaları və bilikləri sahəsində qoyulan tələblərlə tanış ediblər.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov vurğulayıb ki, HSK və HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatların alınması iştirakçılar üçün Çin Xalq Respublikasında təqaüdlə təhsil almağa, eləcə də bu ölkənin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır. Azərbaycanda Çin dili bilgisi olmayan şəxslərin bu dil üzrə standart ixtisas imtahanları sayılan HSK və HSKK-nın təşkili ölkəmizdə bu dilə marağın artmasının göstəricisidir.

Sevinc Qarayeva 

 





09.12.2022    çap et  çap et