525.Az

Azərbaycan yeni təcili tibbi yardım avtomobillərinin alınmasına 8 milyon manat xərcləyib


 

Azərbaycan yeni təcili tibbi yardım avtomobillərinin alınmasına 8 milyon manat xərcləyib<b style="color:red"></b>

İcbari Tibbi Sigorta üzrə Dövlət Agentliyinin Azərbaycana gətirdiyi yeni 65 ədəd təcili tibbi yardım avtomobilinə 8 milyon manata yaxın vəsait ödənilib.

525.az  xəbər verir ki, bu barədə Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib.

Onun sözlərinə görə, ambulanslar tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, əlçatanlığının və operativliyinin təmin olunması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə alınıb: "Yeni gətirilən avtomobillər müasir tibbi avadanlıqlarla (defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma və s.) təchiz edilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilmasinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, “Mercedes-Benz” markalı təcili tibbi yardım avtomobillərindən 37 ədədi sadə differensiallı, 7 ədədi xüsusi 2 differensiallı, 20 ədədi reanimobil ve 1 ədədi perinatal küvəzlidir. Avtomobillərin komplektasiyası istənilən vəziyyətdə olan pasiyentlərin daşınmasına imkan verir. Ambulanslar xəsta tibb müəssisəsinə aparılarkən yolda müalicəyə başlamağa imkan verən geniş çeşiddə dərman və tibbi avadanlıqlarla təmin edilib".

 

 





09.12.2022    çap et  çap et