525.Az

Ərdoğan ABŞ və Avropa ilə bağlı açıqlamalar verib


 

Ərdoğan ABŞ və Avropa ilə bağlı açıqlamalar verib<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Avropa ölkələri ilə bağlı sərt açıqlamalar verib.

525.az xəbər verir ki, Prezident Ərdoğan İstanbulda keçirilən TRT World Forumunda iştirak edib. Forumda ABŞ və Avropaya terrorla mübarizə mövzusunda mühüm mesajlar verən Ərdoğan, "Terroru dəstəkləyən Avropa ilə ortaq gələcək təsəvvür etmək çətindir" deyib. Habelə Ərdoğan, ABŞ-a "Yunanıstan adalarını silahla təchiz edirsiniz, lakin F-16 məsələsini hələ də həll etməmişik" -  deyə səslənib.

ABŞ-ın PKK/YPG-yə silah dəstəyini xatırladan Ərdoğan, "Terrorçularla mübarizəmizdə heç kim ayağa qalxıb bizdən hesab soruşa bilməz. Biz sərhədlərimizin təhlükəsizliyi üçün başlatdığımız əməliyyatlarla hər kəsə göstərdik ki, biz gücümüz, imkanımız və əzmimiz var” – Ərdoğan bildirib.

Türkiyə prezidenti həmçinin Ukrayna məsələsi və bazar günü Rusiya prezidenti Putinlə nəzərdə tutulan görüş haqqında da danışıb: “Biz Ukraynanın ərazi bütövlüyünü müdafiə etməklə yanaşı, Rusiyaya qarşı apardığımız siyasətlə də bölgədə yanğının alovlanmasına qarşı çıxmışıq. Məhbus mübadiləsinə də ölkəmizin vasitəçiliyi ilə başlanıb. Putinlə bazar günü görüşəcəyəm, Zelenski ilə də görüşüm olacaq”.- deyə Ərdoğan bildirib.

Fərid Sançar
 

 





09.12.2022    çap et  çap et