525.Az

Meşə fondu torpaqlarında 670 mindən çox ağac əkilib


 

Meşə fondu torpaqlarında 670 mindən çox  ağac əkilib<b style="color:red"></b>

Payız əkin mövsümü başlayandan bugünədək meşə fondu torpaqlarında 670 mindən çox ağac əkilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev 525.az-a deyib ki, Qəbələ, Şamaxı, Bərdə, Şabran, Sabirabad rayonlarının ümumilikdə 21 hektar meşə ərazisində Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən hər bölgənin iqlim şəraitinə uyğun 20 000 ədəd ağac tingi əkilib, 800 kiloqramdan artıq toxum səpilib.

O qeyd edib ki, mövsüm başlayandan bugünədək meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində payız əkin planına uyğun olaraq 670 mindən çox müxtəlif növ ağac əkilib, 46 ton toxum səpilib.

Sevinc Qarayeva 

 





09.12.2022    çap et  çap et