525.Az

"Avropa Şurası Ombudsman təsisatı ilə bir sıra layihələr həyata keçirib və bu gün də əməkdaşlığımız davam edir"


 

"Avropa Şurası Ombudsman təsisatı ilə bir sıra layihələr həyata keçirib və bu gün də əməkdaşlığımız davam edir"<b style="color:red"></b>

"Avropa Şurası Ombudsman təsisatı ilə bir sıra layihələr həyata keçirib və bu gün də əməkdaşlığımız davam edir".

525.az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva "Avropa Şurası və Azərbaycan: 20 illik əməkdaşlıq" tədbirində çıxışı zamanı deyib.

O qeyd edib ki, Ombudsman təsisatı Avropa Şurası ilə birlikdə insan hüquqlarının daha səmərəli təmin olunması üçün bir sıra layihələr həyata keçirib: "Azərbaycan bütün ölkələrlə dostluğa və əməkdaşlığa böyük önəm verir: “Beynəlxalq təşkilatlarla əməkdaşlıq Ümumilli Lider Heydər Əliyevin əsas siyasi kursu olub. Bu gün də həmin əməkdaşlıqlar güclənməkdədir. Azərbaycanla Avropa Şurası arasında münasibətlərin tarixi 1992-ci ildən başlayır. Avropa Şurası Ombudsman təsisatı ilə bir sıra layihələr həyata keçirilib və bu gün də əməkdaşlığımız davam edir. Bu tədbirlər Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin icrasının bariz nümunəsidir. İnsan hüquq və azadlıqlarının təmin olunması üçün gələcəkdə də işbirliklərinin və əlaqəlarinin daha da gücləndiriləcəyinə inanırıq”.

 

 





09.12.2022    çap et  çap et