525.Az

“İzahlı yeni terminlər lüğət”inin üçüncü cildi çapdan çıxıb


 

“İzahlı yeni terminlər lüğət”inin üçüncü cildi çapdan çıxıb<b style="color:red"></b>

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə “İzahlı yeni terminlər lüğət”nin üçüncü cildi nəşr olunub.

525.az xəbər verir ki, kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu və professor Mahirə Nağıyeva, rəyçilər professor Qəzənfər Kazımov və professor Mirvari İsmayılovadır.

Lüğətin tərtibçisi filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır. Lüğətdə elm və texnikanın müxtəlif sahələrində işlənən 2000 yeni termin toplanıb. Hər bir terminin etimologiyası və geniş izahı verilib.

 





09.12.2022    çap et  çap et