525.Az

“Fransa İngiltərəni əzib keçəcək"


 

“Fransa İngiltərəni əzib keçəcək"<b style="color:red"></b>

Fransa yığmasının sabiq üzvü Patris Evra DÇ-2022-nin 1/4 finalında keçirilcək İngiltərə - Fransa matçı haqda fikirlərini bildirib.

525.az Qol.az-a istinadən xəbər verir ki, 41 yaşlı veteran müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında Fransanın qələbəsinə əmin olduğunu deyib:

“Fransa rəqibini əzib keçəcək. Kilian Mbappeni dayandırmaq mümkün deyil. İngiltə Mbappeyə görə çox həyəcanlıdır. Fransaya isə Bukayo Saka və Fil Foden çətinlik yarada bilər. Amma yenə həmyerlilərimin rahat qələbə qazanacağını düşünürəm”.

Qeyd edək ki, sabah keçiriləcək İngiltərə - Fransa matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

 





09.12.2022    çap et  çap et