525.Az

İtaliyanın İskia adasında torpaq sürüşməsi: Ölənlərin sayı 12 nəfərə çatıb


 

İtaliyanın İskia adasında torpaq sürüşməsi: Ölənlərin sayı 12 nəfərə çatıb<b style="color:red"></b>

Noyabrın 26-da İtaliyanın İskia adasında baş verən torpaq sürüşməsi nəticəsində itkin düşdüyü bildirilən sonuncu şəxsin cəsədi bu gün tapılıb və beləliklə təbii fəlakətdə ölənlərin sayı 12-yə çatıb.

525.az xəbər verir ki, bu gün sürüşmədə itən sonuncu şəxsin meyiti tapılıb. Şəxsiyyətin müəyyən edilməsi prosedurlarından sonra cəsədin itkin düşənlər siyahısında sonuncu ad olduğu təsdiqlənib. Bununla da təbii fəlakətdə həyatını itirənlərin sayı 12-yə yüksəlib. Noyabrın 26-da İskiyada yağan güclü yağışdan sonra baş verən torpaq sürüşməsi nəticəsində insan tələfatı ilə yanaşı, bəzi evlərin torpaq altında qalması və çoxlu avtomobilin dənizə sürüklənməsi də ziyana səbəb olub.

Qeyd edək ki, insan tələfatına səbəb olan təbii fəlakət, adada qeyri-qanuni tikinti problemini yenidən gündəmə gətirib.

 

Məhəmməd Tağıyev

 

 

 





09.12.2022    çap et  çap et