525.Az

Almaniyada çevriliş planlaşdıran qrupla heç bir əlaqəmiz yoxdur- Kreml


 

Almaniyada çevriliş planlaşdıran qrupla heç bir əlaqəmiz yoxdur- <b style="color:red">Kreml</b>

Kreml sözçüsü Dmitriy Peskov, Almaniyada çevriliş planlaşdıran qruplaşmaya qarşı əməliyyatın təşkili prosesinin ölkənin daxili işi olduğunu bildirib.

525.az xəbər verir ki, Peskov, paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada, Almaniyada çevriliş planlaşdıran qrupun əməliyyatını dəyərləndirib. Sözügedən hadisə ilə Rusiyanın heç bir əlaqəsi olmadığını vurğulayan Peskov: "Bunlar Almaniyanın daxili problemləridir. Onlar artıq bəyan ediblər ki, Rusiyanın hadisədə iştirakı ilə bağlı heç bir spekulyasiya ola bilməz. Biz də hadisəni mətbuatdan öyrəndik, bununla bağlı deyəcək sözümüz yoxdur", - deyib.

Qeyd edək ki, Rusiyanın Berlindəki səfirliyindən verilən açıqlamada, Rusiya vətəndaşının saxlanması ilə bağlı rəsmi kanallar vasitəsilə onlara məlumat verilmədiyi bildirilib.

Məhəmməd Tağıyev

 

 

 





09.12.2022    çap et  çap et