ABŞ Xarici İşlər Nazirliyi, Tayvana 428 milyon dollar dəyərindəki hərbi satışı təsdiqləyib.
525.az xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi, Çinlə ziddiyyət təşkil edən Tayvana iki ayrı hərbi satışın təsdiqləndiyini açıqlayıb. Mövzu ilə bağlı Agentlikdən ABŞ Konqresinə bildiriş göndərilib. Bildirişdə, silah sistemlərinin ehtiyat hissələri, 330 və 98 milyon dollar dəyərində "F-16" və "C-130" təyyarə parkının da daxil olduğu Tayvana hərbi satışın təsdiqləndiyi bildirilib. Agentlikdən verilən açıqlamada, mümkün satışların ABŞ-ın iqtisadi, milli və təhlükəsizlik maraqlarına və alıcının etibarlı müdafiə qabiliyyətini saxlamaq cəhdlərinə də xidmət etdiyi vurğulanıb.
Məhəmməd Tağıyev