525.Az

Koreyada qərbdən övladlığa götürülmüş şəxslərin sənədləri araşdırılıcaq


 

Koreyada qərbdən övladlığa götürülmüş şəxslərin sənədləri araşdırılıcaq<b style="color:red"></b>

Koreya Respublikası 1960-1990-cı illərdə ABŞ və Avropa ailələri tərəfindən ailələrindən alınaraq övladlığa götürülən şəxslərin sənədlərinin saxtalaşdırıldığı və ya gizlədildiyi şübhəsi ilə istintaqa başlayacağını açıqlayıb.

525.az xəbər verir ki, Koreyanın Həqiqət və Barışıq Komissiyası 1960-1990-cı illərdə bioloji mənşəli sənədlərin itirildiyi və ya müvafiq məlumatların təhrif edildiyi səbəbilə övladlığa götürülən 34 nəfərin işini araşdıracağını açıqlayıb. Açıqlamada,​ övladlığa götürülən uşaqların bioloji ailələrə malik olmasına baxmayaraq sənədlərdə yetim kimi göstərilərək, Avropa və ya ABŞ-a çatmamış dünyasını dəyişən və ya səyahət etmək üçün kifayət qədər sağlam olmayan uşaqların şəxsiyyət məlumatları ilə əvəz edildiyi bildirilib. Niderlandda xarici ölkələrdən uşaqların övladlığa götürülməsi ilə bağlı aparılan araşdırmaya işarə edilən açıqlamada, Koreya və digər ölkələrdən övladlığa götürmənin uşaqlar və onların bioloji valideynləri üçün insan hüquqlarının pozulması olduğu qeyd edilib. Övladlığa götürənlər, Koreya hökumətini ölkənin dörd övladlığa götürmə agentliyinin saxladığı sənədlərin məhv edilməsinin və ya dəyişdirilməsinin qarşısını almağa çağırıblar.

Qeyd edək ki,​ Koreya Respublikasında təxminən 200 min uşaq, əsasən, 1970-1980-ci illərdə Avropa və ABŞ-da ailələr tərəfindən övladlığa götürülmüşdü.

Məhəmməd Tağıyev

 

 

 





09.12.2022    çap et  çap et