İnflyasiyanın son 41 ilin ən yüksək həddə olduğu Böyük Britaniyada inflyasiyanın altında təklif edilən maaş artımları, pensiya və iş şəraitindəki fikir ayrılıqları səbəbiylə son aylarda tətil etməyə qərar verən sektorlara yeni sektorlar əlavə olunur.
525.az xəbər verir ki, ölkədə artan yaşayış dəyəri və inflyasiya fonunda maaşların azaldığını iddia edən və bu səbəbdən illik 11 faizi aşan inflyasiya şəraitində təklif edilən maaş artımlarını qəbul etməyən bir çox birliklər, ard-arda tətil qərarı alır. Aksiya iştirakçıları arasında müəllimlər, avtobus sürücüləri, liman işçiləri, jurnalistlər, ictimai işçilər, cinayət hüquqşünasları, dəmir yolu, hava limanı, universitet, aviasiya və poçt işçiləri də daxil olmaqla bir çox peşə qrupları var. Tətil qərarlarına əlavə olaraq, yaşayış xərclərinə və qənaət siyasətinə etiraz edən minlərlə insan ölkə daxilində, eləcə də paytaxt Londonda tez-tez nümayişlər və yürüşlər təşkil edir.
Məhəmməd Tağıyev