525.Az

DÇ-2022-də sensasiya: Braziliya mübarizəni dayandırdı


 

DÇ-2022-də sensasiya: Braziliya mübarizəni dayandırdı<b style="color:red"></b>

Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə start verilib.

525.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 qarşılaşmadan 1-i artıq başa çatıb. Turnirin əsas favoritlərindən sayılan Braziliya millisi Xorvatiya ilə qarşılaşıb. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün oyun əlavə vaxta uzadılıb. Lakin bu zaman da hesab açılmayıb. Oyun penaltilər seriyası ilə davam edib. Burada Xorvatiya daha dəqiq davranıb və yarımfinala adlayıb. Braziliya millisi sensasiyalı şəkildə mübarizəni dayandırıb.

Digər oyunda isə Argentina və Niderland yığmaları üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bugünkü oyunun qalibləri yarımfinalda bir-biri ilə qarşılaşacaqlar.

9 dekabr

DÇ-2022

1/4 final mərhələsi

19:00. Xorvatiya - Braziliya - 1:1, Penaltilər seriyası - 4:2

Qollar: Neymar, 105+1 (0:1), Petkoviç, 117 (1:1)

Penaltilər seriyası

Xorvatiya: + + + +

Braziliya: - + + -

Baş hakim: Maykl Oliver (İngiltərə)

"Edyukeyşn Siti" stadionu

23:00. Niderland - Argentina

Baş hakim: Migel Mateu Laos (İspaniya)

"Lusail" stadionu

 

10 dekabr

19:00. Mərakeş - Portuqaliya

23:00. İngiltərə - Fransa

 





09.12.2022    çap et  çap et