525.Az

Zəfər paradı: Azərbaycançılığın işığı - Səbinə Xasayeva yazır


 

Zəfər paradı: Azərbaycançılığın işığı - <b style="color:red"> Səbinə Xasayeva yazır</b>

Zəfər paradı Zəfərin paradı idi.

Zəfər paradı azərbaycançılığın təntəsinin paradı kimi tarixləşdi.

Hərbi parad gerçək, möhtəşəm qələbənin dünyaya görk paradıdı.

İkinci Qarabağ müharibəsi mahiyyəti etibarilə Vətən müharibəsi idi, xalqın müharibəsi idi. Bu müharibədə zabit baba da döyüşürdü, zabit ata da, əsgər nəvə də. Ona görə hamı bu müharibəni mü­qəddəs müharibə bilirdi. Müqəddəs Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbay­can xalqıdır” - Azərbaycan Res­publikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dediyi bu fikirlər Azərbaycan Ordusunun tarixə hesabatı oldu...

İkinci Qarabağ müharibəsi indi tarixdir. Onu qardaş Türkiyənin dəstəyi ilə Azərbaycan Or­du­su tarixləşdirdi.

Vətən müharibəsində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüv­vəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan ordusu darmadağın edildi, həm fiziki baxımdan, həm də mənəvi baxımdan...

Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə ilə Azər­­baycan arasında münasibətlərin bəşəri münasibətlər olduğunu bildirərək demişdi: “Vətən mühari­bəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss etdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahü­rüdür. Tür­kiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlan­dı­rır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk...” Bu fikirlər yüksək mənəvi dəyərlərdən bəhrələnən milli-xəlqi manifestdi, şübhəsiz...

Zəfər paradında Türkiyə Respublikasının Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan çıxı­şın­da Vətən müharibəsinin də, Zəfərin də istər hərbi, istərsə də mənəvi dəyərini olduqca duyğusallıqla ifadə etmişdi: “Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxu­ya­caq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”. Bu fikirlər türk­çü­lüyün bəşəriliyə sədaqət andı idi...

2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən möhtəşəm Zəfər paradında 3000 Azərbaycan əsgər və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin də iştirakı bu qardaşlığa sədaqətin təntənəsi idi...

Bu tarixi parad qürurumuzun paradı idi; Şuşa işğaldan azad edildkdən sonra Qala-şəhərdə dalğalandırılan bayraq da parada gətirilmişdi. Bu bayraq Zəfər Bayrağı idi, hər bir azərbay­canlının ruhunun bayrağı kimi əbədiyyən var olacaq...

Zəfər paradı həm də dünya ictimaiyyətinə hərbi gücün nümayişi kimi təqdim edilmişdi. Azərbay­canın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmışdi. Bu, dünyaya “Mən varam!”, “Biz varıq!” mesajı idi...

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı tarixi Zəfə­rin parad formatında nümayiş etdirilməsi bir tarixi gerçəkliyin təsdiqi kimi yaşanıldı: işğalçılıq vətənsevərliyə qalib gələ bilməz! İkinci Qarabağ müharibəsində də şəhidlərimiz oldu. Onların xati­rə­sinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Komplek­si­nin, eləcə də Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. Məğlub dövlətin məğlubiyyətini də tarixdə öz adı ilə yaşatmaq məqsədi ilə Hərbi Qənimətlər Parkı salındı. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilər­dən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cina­yətləri, o cümlədən, döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən, 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibə­si­nin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla 15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, 27 sentyabrda isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraq­la­rı­mız yoxdur” - fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.

Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçilərı müxtəlif orden və medallarla təltif edilmişdir. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin, 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbra­yı­lın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olun­masına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçı­nın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Bunlar döyüşlərdə fəqlənənlərə təqdim edildi. Vətən mharibəsində Vətənin minnətdarlığı kimi...

İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatdı. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında möhtəşəm Zəfər paradı keçirildi...

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azər­­bay­can və Türkiyə arasında müttəfiqlik müna­si­bətləri haqqında Bərannamə imzalandı. Bu Bəyannamə “Bir millət, iki dövlət” olmaq etibarilə Azərbaycanla Türkiyə arasında qardaşlığın tarixi bir mərhələsi oldu. Həm də Zəfər paradından sonra...

2020-ci ilin 8 noyabrı da unudulmayacaq, 2020-ci ilin 10 dekabrı da. Azərbaycançılıq işığı kimi...

 

 





10.12.2022    çap et  çap et