525.Az

Gəncədə böyük gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 205 illiyinə həsr edilən tədbir keçirilib


 

Gəncədə böyük gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 205 illiyinə həsr edilən tədbir keçirilib<b style="color:red"></b>

Azərbaycan Respublikası və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30, həmçinin böyük gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 205 illiyi münasibəti ilə dost və qonşu ölkənin Gəncə şəhərindəki Baş konsulu Nikoloz İvaşvili tərəfindən təntənəli qəbul keçirilib. Tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edib.

Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzində keçirilən tədbirin əvvəlində gürcü xalqının böyük övladı, vətənpərvər və incə ruhlu Nikoloz Barataşvilinin (1817 – 1845) həyat və yaradıcılığına həsr olunan kiçik konfrans da keçirilib, şairin Azərbaycan dilinə tərcümə olunmuş “Merani” adlı kitabı da təqdim edilib.

Bir daha xatırladılıb ki, N. Barataşvili 28 illik qısa ömrünün bir hissəsini öz məmur xidməti ilə əlaqədar olaraq  Azərbaycanda - Naxçıvan və Gəncədə keçirib. O, Gəncədə malyariya xəstəliyindən vəfat edib və buradakı xristian kilsəsinin ərazisində torpaşa tapşırılıb. Amma 45 ildən sonra gürcü ziyalıları onun nəşini şairin doğulduğu Tiflisə köçürərək, yenidən dəfn ediblər.

Əlamətdar tarixlər şərəfinə keçirilən təntənəli qəbulda Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Gəncədəki Baş konsul Nikoloz İvaşvili, Gəncə şəhəri İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov dost və qonşu xalqların müstəqil həyatının balanması ilə dövlətlərimiz arasında qurulan diplomatik münasibətlərin 30 illiyi, eləcə də gürcü xalqının mütərəqqi ideyalar daşıyıcısı olan böyük övladı Nikoloz Barataşvili ilə bağlı əlamətdar tarixlər münasibətilə təbriklərini çatdırıblar.

Tədbirlərə Gəncə şəhərinin mədəni, elmi və ədəbi mühitinin nümayəndələri qatılıblar.

Zakir Muradov 

 





10.12.2022    çap et  çap et